SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Minaaxtaranların əməkhaqları artırılsın - TƏKLİF

Minaaxtaranların əməkhaqları artırılsın - TƏKLİF

Tarix:

28-02-2022, 13:23

/ 1 010 dəfə oxundu.
Minaaxtaranların əməkhaqları artırılsın - TƏKLİF

Azərbaycanda minaaxtaran vəzifəsində çalışanların əməkhaqlarının artırılmasını təklif olunur.

Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Ombudsman təklif edir ki, “Minaaxtaran” vəzifəsində çalışan əməkdaşların işinin həssaslığını, təhlükəliliyini, çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində “minaaxtaran” vəzifəsində çalışan əməkdaşların əməkhaqları artırılsın.

Məruzədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif edilir.

Eyni zamanda Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunub.


Şərhlər

XƏBƏR LENTİ