XİN rəhbəri: “Xocalı soyqırımı bir çox ölkələrin qərarlarında və qətnamələrində əksini tapıb”
Onun sözlərinə görə, bu qətliamı törətmiş şəxslər, faciənin günahkarları hələ də cəzalandırılmayıblar
"Xocalı soyqırımı faktı artıq bir çox ölkələrin və beynəlxalq təşkilatların qərarlarında və qətnamələrində əksini tapıb. Dünyanın 17 ölkəsi, ABŞ-ın 23 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Xocalı soyqırımı ilə bağlı lazımi bəyanatlar qəbul edib".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxışı zamanı bildirib.
XİN rəhbəri Azərbaycan hökumətinin bununla bağlı istintaq apardığını və bunun, soyqırım aktı olmasının tam sübut olunduğunu deyib.
Onun sözlərinə görə, bu qətliamı törətmiş şəxslər, faciənin günahkarları hələ də cəzalandırılmayıblar.
Xarici işlər naziri bütün dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsinə münasibət bildirməyə çağırıb. O, bu faciəyə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməli olduğunu vurğulayıb.
“Hətta 30 il keçdikdən sonra belə Ermənistan əməkdaşlıq etməyə hazır deyil. İndi Ermənistan tərəfindən əməkdaşlığın şahidi olmuruq”, - C.Bayramov əlavə edin.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək