"Bəs öncə SAĞLAMLIQDIR... deyirdiniz?!" - Adi lift məsələsidir, deyib, üstündən keçməyin...
"Bu şikayət yox, çox böyük bir təəssüf postudur. Bugün yoldaşımın dizində ağrıları olduğu üçün yaxınlaşmışdıq. Dizində o qədər də yüngül olmayan prosedur olundu. Ordan çıxanda yoldaşımın yerişində çətinlik hələ də qalmışdı və axsayırdı". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nicat Ağazadə adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Liftdən çıxan kimi, camaatın çölə çıxdığını gördüm və yaxınlaşdım. Qarşılamada dayanan xanım dedi ki, bura xidməti çıxışdır. Dedim ki, bəs görürsüz də, yoldaşımın yerişində çətinlik var, maşın da bu çıxışa yaxındır. Yenə də icazə vermədi, dedi kameralar çəkir. Bizi məcburən 30-35 metr aralıda olan çıxışa göndərdi və eyni yolu çöl tərəfdən geri qayıtmalı olduq. Hörmətli Bakı Sağlamlıq Mərkəzi, bu şüarınızdakı “ÖNCƏ SAĞLAMLIQ”-ı bir zəhmət işçilərinizə də başa salın.
Qaynar xəttinizə dəfələrlə yığdım, amma cavab vermədilər".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək