SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər...” - HƏQİQƏTƏN DƏ...

“Yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər...” - HƏQİQƏTƏN DƏ...

Tarix:

22-02-2022, 09:38

/ 353 dəfə oxundu.
“Yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər...” - HƏQİQƏTƏN DƏ...

“Hakimiyyət nəzərdə tutulan məmurların səriştəsizliyini pərdələmək üçün daha sərt tədbirlərə əl atmaq variantını seçir”. Bu fikirləri son həftələrdə hakimiyyətin müxtəlif istiqamətlər üzrə siyasətini sərtləşdirməsinin mümkün səbəblərini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, ölkədə qanunlar işləmirsə və vətəndaşların hüquqları qorunmursa, bu halda yalnız güc strukturlarının fəaliyyətini müşahidə etmək mümkündür.

“Əslində, 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə belə bir əhval-ruhiyyə və gözlənti vardı ki, hakimiyyətin əksər istiqamətlər üzrə siyasətində əhəmiyyətli dərəcədə yumşalma baş verəcək. Bu çərçivədə korrupsiya və rüşvətxorluğun səviyyəsinin aşağı düşəcəyi, məmurların daha çox cəmiyyətə xidmət edəcəyi gözləntisi xeyli artmışdı.

Amma çox təəssüf ki, biz bunun əksini görürük. Müşahidələr onu göstərir ki, yeni məmurlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər və bu da cəmiyyətdəki narazılığın hüdudlarının genişlənməsinə səbəb olur. Hakimiyyət də bu narazılığı neytrallaşdırmaq, daha doğrusu nəzərdə tutulan məmurların səriştəsizliyini pərdələmək üçün daha sərt tədbirlərə əl atmaq variantını seçir.

Bu səbəbdən də biz son vaxtlar güc strukturlarının fəaliyyətini daha çox görürük. Ölkədə qanunlar işləmirsə və vətəndaşların hüquqları qorunmursa, bu halda yalnız güc strukturlarının fəaliyyətini müşahidə etmək mümkündür. Mövcud şəraitdə də biz məhz bunu görürük. Fikrimcə, hakimiyyət də bunun fərqindədir ki, narazılıqları aradan qaldırmaq üçün bəyan etdiyi islahatları həyata keçirmək lazımdır. Bu baş vermədiyi üçün də sərt tədbirlərə əl atılır”.

Şərhlər

XƏBƏR LENTİ