Karantinin pozulmasına görə işdən çıxarılan rəisə vəzifə VERİLDİ
Ötən il avqust ayında məşhur “İnfiniti” və “Extra” gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.
Xalqxeber.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Vəliyev Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Həmin hadisəyə görə Farid Vəliyevlə birlikdə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...