Builki MİQ müsabiqəsində neçə vakant yer elan ediləcək?
Şöbə müdirinin sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur
"Ötən il 8000-ə yaxın vakansiya elan edilmişdi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümimilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Şöbə müdirinin sözlərinə görə, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur:
“Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək