Şəmkirdə baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Şəmkir rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...