SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ölkəmizin enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidir

Ölkəmizin enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidir

Tarix:

7-02-2022, 21:00

/ 548 dəfə oxundu.
Ölkəmizin enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidir

 
Fevralın 4-də Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin VIII toplantısı keçirilib. Toplantıda Avropanın Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən strateji tərəfdaş kimi görməsi və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması xüsusi olaraq vurğulanıb.  
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin enerji stradegiyası özünün parlaq nəticələrini verir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin uğurla yerinə yetirilməsi indi Avropa İttifaqı ölkələrinin Azərbaycana olan inamını daha da artırıb, onun etibarlı tərəfdaş kimi dəyərləndirib. Ölkəmizin enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəklə nəticələnib. Dəyəri 33 milyard ABŞ dolları həcmində olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir və bu layihənin uğurla reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. keçən il Azərbaycan 18 milyard kubmetr qaz ixrac edib. Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələr Azərbaycan qazından faydalanırlar. Bununla bərabər yeni marşurutların müəyyən edilməsi planlaşdırılır və dünyada Azərbaycan qazına olan tələbat artmaqdadır.
Yaxın gələcəkdə Bakının Qobu rayonunda 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaqdır. Ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu da onu göstərir ki, Azərbaycanda bərpaolunan enerji mənbələri nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
Bu gün işğaldan azad edilmiş ərazilər üçün xüsusi enerji proqramı vardır. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb.  Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir və bu layihələrin uğurla reallaşması Azərbaycanın gələcək iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması üçün çox önəmlidir.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, İqtisad elmləri doktoru

Şərhlər

XƏBƏR LENTİ