Masallıda meşə gözətçisi jurnalisti döyüb bədən xəsarət yetirdi
04.02.2022-ci il tarixdə azerinfo.az xəbər portalının xüsusi müxbiri Ağayev Kərəm İsabala oğlu ictimai.tv- nin əməkdaşları ilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 16 saylı dolayında olan örüş, süni göllər və mal- qara fermaların çəkmək məqsədilə sözügedən ərazilərə yollanıblar. Həmin ərazidə olan mal-qara fermaları, örüş və süni göllər sözügedən dolayın gözətçisi Allahyarov Ruslan Məmmədəli oğlunun özünə məxsusdir. Jurnalistlər əraziyə daxil olan zaman orada bir "uaz" yaş ağac dolu maşın aşkar ediblər, "uaz" markalı maşının sürücüsü çəkiliş qrupunu görüb, ərazidən uzaqlaşmaq istəsələr də, amma buna nail ola bilməyiblər. Sonra oranın gözətçisi Allahyarov Ruslan Məmmədəli oğlu öz yaxınları olan iki nəfərlə jurnalistlərə hücum çəkərək, əməkdaşımız Ağayev Kərəm İsabala oğlunu döyərək, bədən xəsarəti yetirərək, şəxsiyyət və ləyaqətini alçaldan söyüşlərlə təhqir edib. Sonra gözətçi maşınında gəzdirdiyi ov tüfəngi ilə əməkdaşımız vurmaq üçün maşına yaxınlaşan zaman əməkdaşımız jurnalistlərlə birgə ərazidən uzaqlaşmaqa nail olub. Bu barədə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verilib.
Qarşı tərəfin də mövqeyin işıqlandırmağa hazırıq.
Azerinfo.az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib