SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

Tarix:

2-02-2022, 10:44

/ 335 dəfə oxundu.
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

Xəbər verdiyimiz kimi, Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.
Xalqxeber.az ın“TRT Haber”ə istinadən məlumatına görə, qanun layihəsi fevralın 3-də TBMM-in Xarici Əlaqələr Komissiyasında müzakirə ediləcək.
Qeyd edək ki, fevralın 1-i “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan parlamentinin keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ