SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yazıçı deputata haqq qazandırdı: - “Kino sənayesinə ayrılan pullar hara gedir?!”

Yazıçı deputata haqq qazandırdı: - “Kino sənayesinə ayrılan pullar hara gedir?!”

Tarix:

1-02-2022, 19:17

/ 324 dəfə oxundu.
Yazıçı deputata haqq qazandırdı: - “Kino sənayesinə ayrılan pullar hara gedir?!”

Fevralın 1-də Milli Məclisin 2022-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Deputat Fazil Mustafa gündəliyə daxil olan məsələlər haqqında danışarkən ölkəmizdə kino istehsalına diqqət çəkib. O bildirib ki, kino haqqında qanunun üzərində mütləq yenidən işləmək lazımdır:

“Dünyada bizim kimi ölkələr kino sahəsindən öz büdcələrinə xeyli əlavə edə bilir. Amma ölkəmiz bu sahədə tamamilə geridə qalıb. Qonşu ölkələrlə müqayisədə kino sənayesi bizdə çox bərbad vəziyyətdədir. Son illər bizdə çəkilən filmlərin sayına, keyfiyyətinə və dünyaya çıxışına diqqət etsək, görərik ki, burda çox ciddi problemlər var” .

Xalqxeber.az-ın məlumatına görə, yazıçı, ssenarist Cəlil Cavanşir deputatın fikirlərinə münasibət bildirib. O, bu haqda “Sherg.az”a danışarkən söyləyib ki, ölkəmizdə dövlət hər il kinonun inkişafına milyonlarla vəsait ayırır:

“Bu işdən məsul olan adamlar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kino Şöbəsi həmin vəsaitləri düzgün istiqamətləndirmir. Təsəvvür edin , Ermənistan ikinci Qarabağ savaşında məğlub tərəf olsa da, artıq orda müharibənin ağrılarını əks etdirən dünya səviyyəli film çəkilib. Hətta məğlub tərəf öz problemini film formatında dünyaya çatdıra bilib. Bizsə, qələbə qazansaq da, hələ də qələbəmizi əks etdirən sanballı bir film ortayan qoya bilməmişik”.

Ssenaristin fikrincə, bunun səbəbi Mədəniyyət Nazirliyinin kino ilə məşğul olan qurumunun yarıtmaz fəaliyyətindədir:

“Çünki bu şöbə ayrılan vəsaiti düzgün bölüşdürmür. Fazil bəy haqlıdır. Dünyanın hər yerində kinodan alınan vergi ilə dövlətin büdcəsi formalaşır. Bizdə isə dövlət öz büdcəsindən kinoya vəsait ayırır. Ayrılan pullar hara gedir, hansı formatda xərclənir bilinmir. Hazırda bu yöndə qətiyyən yaxşı işlər görülmür”.

Yazarın qənaətinə görə, dövlət kino siyasətinə yenidən baxmalı və artıq bu sahəyə vəsait ayırmağı dayandırmalıdır:

“İndi müstəqil rejissor və pradakşınlara şərait yaradılmalıdır. Eyni zamanda kino ilə bağlı vergilər azaldılmalıdır ki, Azərbaycan kinosu inkişaf edə bilsin. Əks halda bu inkişaf mümkün deyil” .

Şərhlər

XƏBƏR LENTİ