Məktəblərdə azyaşlılar nəzarətsiz buraxılanda BELƏ OLUR - VİDEOFAKT
Bir neçə gündür ki, sosial şəbəkələrdə şagirdlərin məktəblərdə qeyri-etik davranışları ilə bağlı məlumatlar yayılır.
Bu məlumatların içərisində ən acınacaqlısı Cəlilabad rayonu, Göytəpə şəhər 1 nömrəli məktəbdə yaşanan vəziyyətin varlığıdır. Belə ki, bu təhsil müəssisəsində tərbiyəvi işlər demək olar ki, acınacaqlı durumdadır. Yəni, həyata keçirilmiş video-çəkilişlərdən görünür ki, 5-ci və 6-cı sinif şagirdləri məktəbin həyətində açıq-aşkar şəkildə siqaret çəkirlər.
Xalqxeber.az xəbər verir ki, GundemXeber.Az-a verilən məlumata görə rəhbərlik məktəbin 2-ci və 3-cü sinif şagirdlərinə odun daşıtdırır ki, bu da onların əməyinin istismar olunması demək olur. Bu təhsil müəssisəsində baş alıb gedən hər cür hoqqalara RTŞ müdiri Ağaxan Ağayev göz yumduğundan, məktəbin direktoru bugünkü idarəçiliyini “Vur çomağım, vur!” prinsipi ilə həyata keçirir. Çünki, o, bilib dərk edir ki, RTŞ-nin müdiri onun əsas himayədarıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək