SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şəkidə Şəhid məzarına ÖGEY MÜNASİBƏT... - BU NƏDİ BELƏ?

Şəkidə Şəhid məzarına ÖGEY MÜNASİBƏT... - BU NƏDİ BELƏ?

Tarix:

31-01-2022, 17:17

/ 547 dəfə oxundu.
Şəkidə Şəhid məzarına ÖGEY MÜNASİBƏT... - BU NƏDİ BELƏ?

Şəki rayon Aşağı Göynük kənd sakini Şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən yerli qurumların saymamaz və ayrıseçgiliyindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Şikayətimiz kəndin şəhidi Əbdürəhimov Faiqin məzarına olan laqeydsizlikdəndir. Məzarda çatlar... şəkilin korrezuyaya uğraması və nəticədə tanınmaması... Dəfələrlə deməyimizə baxmayaraq məzarın üstünə iki bayraq asmadılar, öz vəsatimiz hesabına düzəldib asdıq... İki bayrağı da qıymadı bu məmurlar...

29 yanvar 2022-ci ildə Faiqin şəhid olmasının ildönümü ilə bağlı məzarı başında anım mərasimi təşkil etdik. Mərasimdə yalnız kənd sakinləri iştirak etdi, çox sağ olsunlar. Amma dövlət qurumlarından, nə icra hakimiyyətindən, nə də ki başqa qurumlardan bir nəfər də olsun iştirak etmədi, bu bir yana biri zəng edib quru bir başsağlığı da vermədilər.

Bircə dəfə də olsun iştirak etməyiblər. Bunun bir adı var: saymamazlıq, ayrıseçgilik... Bu saymamazlıq və ayrıseçgilik rayonun icra hakimiyyətinin laqeyidsizliyindən irəli gəlir. Elə ki bizim kimi şəhid ailəsinə göstəriləcək qayğı və imtiyazlar arasında fərqin qoyulmasıdır... Şəhid adı da eynidir sərəncamlarda. Bizim ailəyə də şamil olunur... Bizim belə kənarda qalmağımız bizə çox əzab və narahatçılıq verir.

Xahiş edirəm ki aidiyyatı qurumlardan... bizim narazılığımızı nəzərə alaraq lazımı tədbirlər görəsiniz..."

Dia.az bilir ki, mövzu diqqətimizdədir.

Uca Tanrı Şəhidlərimizə biganəlik göstərənlərin cəzasını mütləq verəcək...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ