Zakir Fərəcovun PLANINI POZAN OLACAQMI? - İDDİA
Sumqayıtın icra başçısı Zakir Fərəcovun ərazi idarəetmə üzrə şöbə müdiri Gündüz Əliyevi özünə müavin etmək istəyi alınmayıb.
Xalqxeber.az-ın asiya.az-a istinadla məlumatına görə, Zakir Fərəcovun bununla bağlı verdiyi təqdimata Prezident Administrasiyasında “yox” deyiblər.
Bundan sonra Zakir Fərəcov şəhərin baş memarı olan Adil Xudatatovu həmin vakansiyaya təyin etdirməyə çalışır. Qeyd edək ki, sözügedən şəxs yaxşı reputasiyaya malik deyil. Onun adı Sumqayıt şəhərində abadlıq işlərini görən sahibkarların kütləvi şəkildə aldadılmasında hallanıb. Həmin sahibkarlar hələ də Sumqayıtda gördükləri işə görə öz vəsaitlərini ala bilməyiblər və dayanmadan bütün yuxarı instansiyalara şikayətlər ünvanlayırlar. Onda isə sual olunur: Zakir Fərəcov niyə bu cür şəxsin özünə müavin təyin edilməsində israrlıdır? Çavab sadədir, Xudatatov bütün qanunsuz tapşırıqları belə, canla-başla yerinə yetirməyə hazır olan adamdır. Ümidvarıq ki, Prezident Administrasiyası belə reputasiyaya malik şəxsin müavin təyinatına öz etirazını edəcək. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...