Murad Dadaşovun Kardaşyan TUTQUSU – Xəzər TV prezidentinin erməni sevgisi haradandır? – FOTO – REPLİKA
Xəzər TV-nin prezidenti Murad Dadaşov qalmaqallı davranışı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.
sayt hazırlanması
Xalqxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, Murad Dadaşovun erməni əsilli amerikalı fotomodel Kim Kardaşyanın bacısı Keylinin sosial şəbəkədə etdiyi paylaşımı bəyənməsi və onun təqibçisi olması Xəzər TV rəhbərinə yönəlik əsaslı suallar doğurub.
Əslində, erməni təəssübkeşliyini hər imkanda nümayiş etdirən, Qarabağdakı separatçılara maddi-mənəvi dəstəyini heç vaxt əsirgəməyən Kim Kardaşyanın və bacılarının paylaşımlarını bəyənmək, sosial şəbəkələrdə onları təqib etmək bəlkə də qəbahət deyil.
Bu maraq hansısa sıravi insana məxsus olsaydı, yəqin ki bir “like” ətrafında belə müzakirənin açılmasına ehtiyac qalmazdı. Amma söhbət ictimai statusu olan, ölkədə fəaliyyət göstərən populyar telekanallardan birinin rəhbərinin erməni simpatiyasından gedirsə, bu, üzərindən sükutla keçiləcək durum deyil.
Xatırlatmaq yerinə düşər ki, məşhur “şən və hazırcavab oğlan”ın Xəzər TV-nin rəhbərliyinə gətirilməsinin əsas şərtlərindən biri onun telekanalda milli dəyərlərin təbliğinə xüsusi yer ayırması, veriliş və layihələrdə bu amili nəzərə almasının vacibliyi olub.
Lakin göründüyü kimi, Murad Dadaşovun “tolerantlığı” Kardaşyanın ailə üzvünün paylaşımını bəyənmək və onun təqibçisi olmaq qədər dərinə nüfuz edib. Təbii, Murad Dadaşov və onun dəstəkçiləri Kardaşyanın paylaşımını bəyənməyin günah olmadığını “əsaslandırmağa”, hətta onu qınayanları haqsız çıxarmağa uğursuz cəhd göstərəcəklər.
Ancaq qoyulan sual öz aktuallığını saxlayır: Murad Dadaşovun erməni simpatiyası haradan qaynaqlanır?
XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...