SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Daha 3 bank bağlanacaq? - NƏ BAŞ VERİR?

Daha 3 bank bağlanacaq? - NƏ BAŞ VERİR?

Tarix:

27-01-2022, 21:13

/ 514 dəfə oxundu.
Daha 3 bank bağlanacaq? - NƏ BAŞ VERİR?

Azərbaycanda fəaliyyət göstərən 26 bank 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Ötən ili 26 bankdan 23-ü xalis mənfəət ilə, 3-ü xalis zərər ilə başa vurub. Mərkəzi Bankın statitikasına görə, Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə ötən il bank sektorunun xalis mənfəəti 41,2 milyon manat və ya 7,2% artıb. Azərbaycanın bank sektoru 2020-ci ili 567,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Ümumiyyətlə, banklarda zərərin yaranma səbəbləri hansı amillərlə bağlı olub və ötən ili zərərlə başa vuran banklar baglana bilərmi? Xalqxeber.az ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, pandemiya dövrü maliyyə sektoruna öz mənfi təsirini göstərib:

“Biznes aktivliyi azaldı, kredit ödəmə qabiliyyətləri vətəndaşlarda iş yerlərinin bağlanması ilə bağlı aşağı düşüb. Biznes aktivliyi endikcə ilk növbədə bank sektoruna təsir edir. Əslində cəmi 3 bankın zərərlə çıxması yaxşı göstəricidir. Çünki adətən pandemiya dövrü bitmədiyi bir vaxtda göstərici daha da çox ola bilərdi. Bu, o deməkdir ki, pandemiyadan öncə banklardakı vəziyyət normal idi və kifayət qədər elastikliklə, problemsiz, hətta mənfəətlə çıxıblar. Bu normal göstəricidir. Bunu daha çox 3 bankın vəziyyətinin ağır olması, zərərlə çıxmasının səbəbi pandemiya dövründən əvvəlki vəziyyətlərinin qənaətbəxş olmaması ilə əlaqələndirmək lazımdır. Çox güman ki, bu, Mərkəzi Bankın illik yoxlamalarında öz əksini tapıb. Belə olduğu halda müəyyən bir dövr verilir, yaxud kömək göstərilə bilər. Əgər hansısa bir şans varsa, yəni zərər aradan qaldırıla biləcəksə, passiv vəsaitləri aktivə çevirmək şansı varsa, bu banklar işləyəcək. Əgər Mərkəzi Bankın auditi bu banklara hər hansı şans qoymayıbsa, müəyyən bir dövrdən sonra ya ləğvetmə prosesi başlayacaq, ən yaxşı halda isə bu bankların birləşməsinə gətirib çıxara bilər”.


Şərhlər

XƏBƏR LENTİ