Gədəbəydə MƏMUR ÖZBAŞINALIĞI... - Onlara hər şey olar...
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov və müavini Kamran Quliyev rayonun Böyük Qaramurad və Arıxdam kəndlərinin pay torpaqlarında özlərinə evlər tikiblər.
Xalqxeber.az-ın məlumatına görə, "Demokratik.Az"-ın əldə etdiyi fotolardan aydın olur ki, rayonun təmizlik işlərinə mükəlləf olanlar bilə-bilə ev tikintilərini əkinəyararlı torpaqlar üzərində tikməklə, tikinti məcəlləsindən irəli gələn tələbləri pozublar. Rayonun başbilənləri isə yerli məmur özbaşınalığına qarşı addımlar atmır.
Aylıq maaşları 400-500 manat olan məmurların ev tikintisinə xərclədikləri pulu hansı şəffaf yolla əldə etdiklərinin hesabatı bir yana, maraqlıdır ki, kifayət qədər savadı olan bu adamlar niyə fərdi evlərini həyətyanı torpaq sahəsində deyil, məhz əkin sahəsində tikdiriblər...
İlk şəkildəki ev Böyük Qaramurad kəndində - Əkbər Kazımovun evidir.
Digər yarımçıq tikili isə idarədə özünü "Qəmlo" kimi adlandıran müavinə məxsusdur...
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...