Rövşən Bağırov erkən yola salına bilər... - Mehdiyevin "əlindən su içib"...
İki gün əvvəl iki rayonun icra başçısı postunda baş verən dəyişikliklər köhnə məmur heyətinin kürkünə birə salıb. Hər halda müşahidə olunaanlar belə deməyə əsas yaradır.
Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbə iddia edir ki, hazırda onlarla icra başçısı var ki, məhz köhnə heyətdən qalıblar: "Onların əksəriyyəti Ramiz Mehdiyevin əlindən su içiblər. Bu faktdır. Doğrudur, elələri var ki, Ramiz Mehdiyevin kadrı olmalarına rəğmən özlərinə yeni heyətdə təmsilçilik qazandıra biliblər.
Məsələn, hazırda Ağsuya rəhbərlik edən Rövşən Bağırov belələrindəndir. Keçən ilin aprel ayında Lerikdən Ağsuya transfer olunan Rövşən Bağırov günü bu gün də Ramiz Mehdiyevlə təmaslarını qorumaqdadır.
Mehdiyevlə isə hökumətin yollarının birdəfəlik ayrılacağı son proseslərdən də hiss olunur ki, bu əsnada Mehdiyevə yaxın fiqurların ilk hədəf kimi diqqətə gələcəyi heç şübhəsizdir.
Ona görə, yaxın günlərdə mehdiyevçi icra başçılarının "vuruluacağını" gözləməyə dəyər ki, onların sırasında Rövşən Bağırovun adı birinci gəlir, desək, yanılmarıq..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...