SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanın enerji təhlükəsizliyinin təminatında yeni addım

Azərbaycanın enerji təhlükəsizliyinin təminatında yeni addım

Tarix:

18-01-2022, 10:21

/ 424 dəfə oxundu.
Azərbaycanın enerji təhlükəsizliyinin təminatında yeni addım

 
Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Səudiyyə Ərəbistan Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Azərbaycan iqtisadiyyatına töhfə verəcək daha bir enerji layihəsinin təməlqoyma mərasimi keçirildi. 
Prezident mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev inşa ediləcək yeni külək elektrik stansiyasının təməlinin qoyulması münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib. Qeyd edilib ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Onun yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır. Stansiya həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, həm də çoxlu yeni iş yerlərinin yaradılmasına səbəb olacaqdır. Həmçinin təbii qaza qənaət ediləcək, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.
Bu gün Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Region ölkələrində və Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesi də gedir. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edilib. işğaldan azad edilən ərazilərdə artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız vardır. Buna görə də külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir.
 
 
Aynur Xəlilova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ