"Bakıxanov” Ticarət Mərkəzində ETİRAZ - satıcılar dükanları bağlayıb
Sabunçu rayonunda "Razin talkuçkası” kimi tanınan "Bakıxanov” Ticarət Mərkəzində sahibkarlar etiraz əlaməti olaraq dükanlarını bağlayıblar.
Xalqxeber.az bildirir ki, bu barədə Arqument.az-a satıcılar məlumat veriblər.
Onlar bildiriblər ki, dükanlara görə Ticarət Mərkəzinə ödədikləri aylıq ödənişin qiyməti 500 manatdan 600 manata qaldırılıb.
Dükan sahibləri Ticarət Mərkəzinin rəhbərliyinin bu addımına etiraz etsələr də, müraciətlərinə məhəl qoyulmayıb. Belə olan halda, satıcılar çıxış yolunu dükanları bağlamaq və işə çıxmamaqda görüblər.
Satıcılar və dükan sahibləri hazırda "Bakıxanov” Ticarət Mərkəzinin qarşısında toplaşıblar.
"Ölkədə bahalaşma var. Demək olar ki, alıcı yoxdur, alver ölüb. Biz həmin 500 manatı güclə verirdik. İndi birdən-birə qiymət 600 manata qalxıb. Bunu ödəyə bilməyəcəyimizi demişik. Amma bizi eşidən yoxdur. Ona görə də dükanları bağlamağı və işləməməyi qərara aldıq", - onlar belə deyiblər.
Arqument.az-ın əməkdaşı "Bakıxanov” Ticarət Mərkəzinin rəhbərliyindən qiymət artımı ilə bağlı açıqlama ala bilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...