“Hipp” uşaq yeməklərini ölkəyə gətirən sabiq deputat məhkəməyə verildi
Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” Firmasını məhkəməyə verib.
Xalqxeber.az xeber verir ki “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, firma 44 min manata yaxın vergi borcundan yayınmaqda ittiham olunur.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. Cavabdeh qismində “Diplomat-I” firması və İsgəndər Qasımov tanınıb.
Xatırladaq ki, Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...