Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY
Fövqəladə Hallar Nazirliyinə məxsus Zığdakı modul hospitalda özbaşınalıqlar davam edir. Hospitalın baş həkimi İmran Ağayevin rüşvət almasına görə həbs edilməsindən sonra yenə də neqativ hallara yol verilir.
TİA.Az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən bildirir ki, tibb bacıları komada olan xəstə yaxınlarına zəng edərək onlardan pul istəyir.
Tibb işçiləri “komadakı xəstənizin altını dəyişirik” deyərək konkret məbləğlərdə pul istəyirlər. Məlumata görə, bu məbləğ 200-300 manat arası dəyişir və hər dəfə təkrarlanır.
Sosial media istifadəçiləri yazırlar ki, tibb bacıları xəstə yaxınlarında bank kartlarını göndərir və pulun ora köçürülməsini tələb edirlər. Görünür ki, həbslər də hospitalı idarə edənlərin gözünü qorxutmayıb və dərs olmayıb.
TƏBİB bu məsələdə yaxasını kənara çəkərək hospitalın onların tabeliyində olmadığını bildirməklə məsuliyyəti FHN-nin üzərinə qoyur. Lakin nazirlik də ona aid hospitalda baş verənlərlə bağlı addım atmır. Belə aydın olur ki, hüquq-mühafizə orqanları yenidən araşdırma aparmalı olacaqlar. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...