Ucarda məktəbin tavanı dərs zamanı uçub - Elə bil SURİYADIR...
Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.
Xalqxeber.az xəbər verir ki, bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.
Sakinlər məktəbin qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər: "Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlardan birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim yox olmamışdı. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-kuydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır".
Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil nazirliyinin sifarişi əsasında tikilib: “Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.
Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov “Report”un yerli bürosuna bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.
O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.
R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.
Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyyəsi ilə 25 nəfər müəllim məşğul olur.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...