SOCAR vitse-prezidentinin daha bir milyonluq obyekti-FOTOFAKT
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun daha bir obyekti üzə çıxıb.
Redaksiyaya 8-ci kilometr qəsəbəsi, Babək prospektində fəaliyyət göstərən və SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun olduğu bildirilən “Modern Hospital”ın sənədləri təqdim olunub. AFN.az-ı məlumatlandıran mənbə bildirir ki, hospitalın binasına 25 milyon manat xərc çəkilib və bina 3 milyon manatdan artıq tibbi avadanlıqla təchiz olunub. Hospital Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid İsmayılovun həyat yoldaşı İsmayılova Nəzakət Zakir qızının adına rəsmiləşdirilsə də, mülkiyyət SOCAR-ın vitse-prezidenti tərəfindən idarə edilir. Binanın Nəzakət İsmayılovaya məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti tərəfindən 0412992 saylı çıxarışı oxuculara təqdim edirik. Obyekt 12 iyun 2014-cü ildə Dövlət Reystr Xidmətində qeydiyyatdan keçib və Nəzakət İsmayılovanın adına çıxarış verilib.
AFN



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...