XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ... - İş Avropa Məhkəməsinə DAŞINDI

Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ... - İş Avropa Məhkəməsinə DAŞINDI

Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ... - İş Avropa Məhkəməsinə DAŞINDI
3-01-2022, 12:20

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ qazilərinin on illərlə istifadələrinə istədikləri zibilxananı ələ keçirib, MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu, keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla “40 pillə” kafesinə çevirməsinə hələ də hüquq qiyməti verilməyib.

Səbail RPİ-nin müstəntiqi Fərid Soltanlının bu ilin 10 noyabrında DİN-in baş təşkilat inspeksiya idarəsinin aracılığı ilə verdiyi 25.10.2020 -ci ilə saxtalaşdırdığı qərarla əməldə cinayət tərkibi olmaması “əsası” ilə Cinayət Prosessual Məcəllənin (CPM) 39.1.1 maddəsinin tələbinə uyğun olaraq cinayət işi başlanılmasından imtina edilib. Müstəntiqin qərarının saxtalığı, ilk növbədə, şikayətçi Qarabağ qazilərinin və qarşı tərəfin adi izahatlarını belə almamasında, 18.11.2020-ci ildə Səbail RPİ-yə bölmə rəisi Çinar Nuriyevin zəngi ilə izahat almağa çağırılan qaziyə sonradan bundan bir ay qabaq qərar qəbul edilməsi barədə sübuta ehtiyacı olmayan vəzifə saxtakarlığı ilə ortaya qoyulur. Aydın olsun deyə, 18.11.2020-ci ildə Fərid Soltanlı idarədə Qarabağ qazisinin izahatını almaqdan imtina edib ki, Qaradağa türməyə gedir və ən geci 2 günə izahat alıb, qazilərə yardım ediləcək. 2 gün bir il çəkib və. ..DİN-in baş təşkilat inspeksiya idarəsi müstəntiqin qanunsuzluğuna necə hüquq qiyməti veribsə, elə köhnə tarixə saxta qərarı da elə verib. Qərarın CPM-in tələbinə zidd olması bir yana, hələ üstəlik əsaslandırılması da heç bir normativ hüquqi akta, məntiqə sığmır. Müstəntiq qərarını Əli Həsənovun dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta ünvana aldığı saxta çıxarışla əsaslandırıb ki, dövlət qulluqçularının qanunsuz torpaq sahəsi zəbt etmələri sübut edilmir və Cinayət Məcəlləsinin 188-ci maddəsi tətbiq edilə bilməz. Halbuki, burada Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslinin 308-ci (“Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”) və digər maddələri ilə cinayət işi başlanılmalıdır və CPM-in 215.3 maddəsinə əsasən ibtidai istintaqı prokurorluq orqanları aparmalıdır. Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət qulluğuna təyin etdirdiyi dayısı oğlunun adına əmlak ələ keçirib . Qanuni və ya saxta çıxarışla əldə edilməsindən asılı olmayaraq, bu fakt korrupsiya cinayətidir! Dövlət qulluqçularının vəzifələrindən sui-istifadə etmələrini, bizneslə məşğul olmalarını , kafe-restoran işlətmələrini, özü də vergi uçotuna dayanmadan kommersiya fəaliyyəti ilə məşğul olmalarını qanunvericilik qadağan edir. Cəfərov Məmməd Hüseyn oğlunun adına olan çıxarışın saxta olmasını isə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar xanım Alimovanın 23.09.2020 tarixli məktubu sübut edir : “ 40 PİLLƏKƏN KOMPLEKSİ”NİN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN QEYRİ -QANUNİ YOLLARLA KAFEYƏ ÇEVRİLMƏSİ barədə müraciət araşdırılarkən məlum olmuşdur ki, SÖZÜGEDƏN OBYEKT ÜZƏRİNDƏ HÜQUQLAR DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDƏ ALINMAMIŞDIR.” Bu o deməkdir ki, müstəntiq Fərid Soltanlının Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dayısı oğlu, dövlət qulluqçusu Məmməd Cəfərovun adına aldığı çıxarışın qanuni olmasını qərara almasının özü cinayətkar saxtalıqdır. Nə yazıq, bu açıq-aşkar saxtalığa məhkəmə nəzarəti qaydasında da hüquq qiyməti verilməsindən imtina edilib.

CPM-in 212-ci maddəsinə uyğun olaraq Səbail rayon məhkəməsinə müstəntiq Fərid Soltanlı Qulam oğlunun saxta qərarından şikayət verən Qarabağ qazisinin şikayətini hakim Azər Tağıyev təmin etməyib ki, dövlət qulluqçusu Əli Həsənovun “40 pillə” kafesini dövlət qulluqçusu olan dayısı oğlunun adına sənədləşdirilməsi qanunidir. Özbaşınalığa baxın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən obyekt üzərində hüquqların dövlət reyestrində qeydə alınmaması barədə rəsmi məktubu Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarında qeyd edilib, amma əmlakın X nömrəli çıxarışla, Səbail RİH -in məktubu (?-M.B.) ilə özəlləşdirildiyi qanuni sayılıb. Əmlak üzərində hüquqlar reyestrdə qeydə alınmayıbsa, hansı qanuni çıxarışdan söhbət gedə bilər? Nə yazıq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən Habil Məmmədov) da 06.12.2021 tarixli qərarla Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarını olduğu kimi köçürərək qüvvədə saxlayıb. Yerli məhkəmələr Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini dövlət reyestrində qeydə alınmayan çıxarışın “qanuni” olması ilə qanuni sayıb. Yəqin, Avropa İnsan Hüquqları Məhkəməsi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyət hüququnu pozmasını , hətta qaziyə 9-cu Polis Bölməsində işgəncə verdirməsini araşdırmalı olacaq.

Məğrur BƏDƏLSOY

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.