SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...

3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...

Tarix:

27-12-2021, 12:27

/ 659 dəfə oxundu.
3 aylığa verdiyi borc pulu 2 ildir ALA BİLMİR... - Məhkəmə hakimi isə...


Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev ali məhkəmə instansiyasını qərarını sabotaj edir.

2018-ci ildə keçirilmiş növbədənkənar president seçkilərindən sonra ölkədə vüsət alan və demək olar, bütün sahələri əhatə edən köklü dəyişikliklər məhkəmə-hüquq sistemindən də yan keçməyib. Prezident İlham Əliyevin qeyd olunan sahədə işlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman hakimiyyətin bu qolunun fəaliyyətində dönüş yaratmalı, vətəndaşların hüquqlarını maksimum qorumalı və onların şikayətlərinə məhkəmə orqanları tərəfindən ədalətlə baxılmasını təmin etməli idi. Təsadüfi deyil ki, həmin Fərmanın 1-ci maddəsi məhz bu məqama həsr olunub: “Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Ancaq çox təəssüf ki, bu Fərmanın imzalanmasından təqribən iki il yarım vaxt keçsə də, bəzi hakimlər haqqında danışılan sənəddə yer alan direktivlərə əməl etmək əvəzinə, vətəndaşların haqlı tələblərini təmin etmir, onları məhkəmə süründürməçiliyinə məruz qoyurlar.

Xalqxeber.az-ın məlumatına görə, hüquqlarının qorunması üçün Busaat.az-a müraciət etmək məcburiyyətində qalan vətəndaş Anar Həbib oğlu Əmrahov da Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev tərəfindən məhkəmə süründürməçiliyinin əziyyətini yaşayır. Anar Əmrahovun sözlərinə görə, o, 2019-cu ildə yaxın tanışının vasitəçiliyi ilə Ağdam rayon qeydiyyatında olan Samirə Fəqani qızı Əhmədovaya 18 min manat məbləğində borc pul verib. Şikayətçi bildirir ki, Samirə Əhmədova borcun 1-2 ay ərzində qaytaracağını deyib. Tərəflər arasında bu borc anlaşması notarial qaydada rəsmiləşdirilib və müvafiq sənəddə Əhmədovanın Əmrahovdan borc aldığı 18 min manatın 3 ay müddətində geri qaytarılması şərti öz əksini tapıb. Lakin bu müddətdən 2 il keçsə də, Əmrahov 3 aylığa verdiyi borc pulu hələ də geri ala bilmir.

Pulun almaq üçün ədaləti hüquq müstəvisində aramağa qərar verən Əmrahov Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon Məhkəməsinə müraciət edir. Əhmədovanın iştirakı ilə proses keçirilir və məhkəmə Əmrahoun xeyrinə qərar çıxarır. Buna baxmayaraq, Əhmədovanın Ağdam rayon Məhkəməsinin qərarından şikayət verməsi səbəbindən işə növbəti dəfə Gəncə Apellyasiya məhkəməsində baxılır və ilkin qərar qüvvədə saxlanılır.Qərarla yenə razılaşmayan Əhmədova bu dəfə Ali Məhkəməyə şikayət versə də, bu məhkəmə instansiyası da Əmrahovu haqlı sayaraq, borcun ödənilməsinə dair qərarın icrasını Binəqədi rayon Məhkəməsinə (Samirə Əhmədova faktik həmin rayonun ərazisində yaşadığı üçün) həvalə edir.

Lakin bundan sonra Əmrahovun üzləşdiyi zillət daha da artır. Şikayətçinin sözlərinə görə, Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayev icra qərarını təmin etmək yerinə, onu get-gələ salıb. Artıq 1 ildir ki, pulun qaytarılacağını desə də, ortada heç nə yoxdur. Süründürməçiliyə salındığını deyən Əmrahov bildirir ki, hakim Abbas Rzayev qərarı icra etməməsini “nə edə bilərəm, qadın xeylağıdır, türməyə salım?” “arqumenti” ilə “əsaslandırır”. Şikayətçi qeyd edir ki, cavabdeh barəsində axtarış elan olunması, çağırış göndərilməsi, məhkəmə qərarlarının ərazi üzrə icraçılarının işə cəlb edilmələrinə yönəlik xahişlərini hakim Abbas Rzayev heç bir halda nəzərə almır. Zatən, nəzərə alsaydı, zərərçəkmiş bu gün şikayətçi vəziyyətində olmazdı.

Problem həm də budur ki, ölkənin məhkəmə sistemində ədalət tapa bilməyən Anar Əmrahov üzləşdiyi haqsız durumla bağlı Prezident İlham Əliyevə, o cümlədən, Ədliyyə Nazirliyinə müraciət etmək məcburiyyətində qalıb. Belə çıxır, bir hakimin yumşaq desək, öz funksiyasını normal yerinə yetirməməsi səbəbindən dövlət başçısı iki vətəndaş arasında yaranmış borc mübahisəsinin ədalətli həlli üçün prosesə müdaxiə etməlidir?! Hakim Abbas Rzayev bəsit bir məsələnin bu qədər böyüməsində çoxmu maraqlıdır? Bəlkə adıçəkilən hakim Prezidentin yuxarıda göstərilən Fərmanına meydan oxuyacaq qədər böyük cəsarət sərgiləməyə həvəslənib?

Yeri gəlmişkən, hakim Abbas Rzayevdən narazılıq sadəcə, Anar Əmrahovun şikayəti ilə məhdudlaşmır. Abbas Rzayevin ona həvalə olunan işlərə qeyri-obyektiv baxması və zərərçəkənlərlə kobud, hətta təhqiramiz davranması haqda mediada çox sayda material dərc olunub.

Amma bu “narazılıq buketi” bir gün mütləq dağılacaq…

Şərhlər

XƏBƏR LENTİ