SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsində diqqət çəkən məqamlar

Prezident İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsində diqqət çəkən məqamlar

Tarix:

20-12-2021, 11:41

/ 441 dəfə oxundu.
Prezident İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsində diqqət çəkən məqamlar

 
Ölkə Prezidenti İlham Əliyevin Brüssel səfəri həm mahiyyət, həm keçirilən görüşlərin tərkibi, həm də Prezident İlham Əliyevin həqiqətləri bu və ya digər ölkənin media orqanı vasitəsilə dünya ictimaiyyətinə çatdırılması istəyinin reallaşdırılması baxımından diqqətçəkən və əhəmiyyətlidir. Belə ki dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verən cənab Prezident bir daha həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
Müsahibədə Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, Rusiya və Avropa İttifaqı ilə əlaqələr, postmüharibə dövründə yaranmış vəziyyət və proseslərin gedişi kimi mühüm məqamlara toxunulmuşdur.
Düşmən üzərində qazandığımız qələbədən sonra məğlubiyyəti qəbul edə bilməyən Ermənistan bir sıra təxribatlar törədir.Ölkə başçısı mövzuyla əlaqədar fikirlərini bildirmişdir: “Məğlubiyyət onların otuz ildir davam edən “yenilməz ordu”, “əsgər və komandirlərin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür.”
Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır.Avropa İttifaqı Şurasının Prezidenti ŞarlMişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verdiyini bildirən cənab İlham Əliyev Avropa Komissiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir: “Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Avropa Komissiyası Cənubi Qafqazda sabit mühit və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatı üçün şərait yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir”.
 
Aysel Mənsimova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ