SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan Ermənistanla sülh danışıqlarına başlamağa hazırdır

Azərbaycan Ermənistanla sülh danışıqlarına başlamağa hazırdır

Tarix:

18-12-2021, 11:30

/ 479 dəfə oxundu.
Azərbaycan Ermənistanla sülh danışıqlarına başlamağa hazırdır

 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrn 14–də Brüssüldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Müxbirin Ermənistanla hazırkı vəziyyət haqqında “Hazırda vəziyyət nə yerdədir?” sualına cavab verən Preziden İlham Əliyev bildirib ki, Ermənstan üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağır oldu. 44 gün davam edən müharibə zamanı Ermənstan ordusu tamamilə məhv edildi. 2020-ci ilnoyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq işğalda olan digər əraziləri də geri qaytarmağa razılıq bildirdilər.
Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik. Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi.
Müxbirin “Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına cavab olaraq Prezident İlham Əliyev yəqin ki, bu sualı Ermənistana ünvanlamaq lazımdır deyə cavab verdi. Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər”.
 
Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ