SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan sülh və ədalət tərəfdarıdır

Azərbaycan sülh və ədalət tərəfdarıdır

Tarix:

18-12-2021, 12:40

/ 590 dəfə oxundu.
Azərbaycan sülh və ədalət tərəfdarıdır

İkinci Qarabağ müharibəsinin başlamasından artıq bir il ötür. Qazandığımız zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir. Bu zəfərlə biz illərdir tətbiq olunmayan qətnamələri gerçəkləşdirdik. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik. Azərbaycan müharibədə qələbə çaldıqdan sonra da ermənilər Qarabağın onların olduğunu deyir, gerçəkləri qəbul etməyə çalışmırlar. Biz illər öncə əlimizdən alınanı geri qaytardıq. Bu elə-belə olmadı, biz bunu “Dəmir yumruğumuz”la bacardıq. Artıq onsuz da olmayan `Dağlıq Qarabağ` adının çəkilməsi də mənasız və boşdur. Biz müharibədən sonra dəfələrlə sülhün tərəfdarı olduğumuzu bildirmiş, qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğumuzu qeyd etmişik. Ancaq ki, hələ də Ermənistan tərəfindən müsbət cavab gəlməmişdir. Bu isə onların yanlış, mənfi və acınacaqlı siyasətlərinin bir parçası, onların gerçək düşüncələrinin, faşizm düşüncəli olduqlarının nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın "El Pais" qəzetinə müsahibəsi zamanı vurğuladığı kimi “Davamlı sülhə nail olmaq qarşımızda duran prioritet vəzifədir”. Biz münaqişəni hərbi yolla həll etmək istəsəydik 30 il gözləməzdik. Bu illər ərzində çox danışıqlar aparıldı ki, regionda sülh bərqərar edilsin, lakin Ermənistan rəhbərliyi hər danışıqlarda sülhdən boyun qaçırır və davamlı olaraq Azərbaycan sərhədində təxribat törədirdi.
Dövlət başçısının fikrincə, bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi: “Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. “Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” . Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər”.
Hazırda da Azərbaycanın Ermənistanla sərhədində baş verənlər bunun bariz nümunəsidir. Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutudur.

Aynur Xəlilova – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ