İsmayıl Zalov: Qanunsuz aksiya keçirənlərə ən ağır cəza verilməlidir
Bakının mərkəzində aksiya keçirənlər ölkədəki mövcud ictimai-siyasi sabitliyə xələl gətirmək istəyirlər.
Azərbaycan hüquqi dövlətdir və ölkədə belə icazəsiz aksiyaların keçirilməsi yalnız şou yaratmağa xidmət edir. Onlar bu cür addımları xaricdən, xüsusilə də erməni lobbisindən aldıqları təlimatlara əsasən atırlar.
Düşünürəm ki, qanun pozuntularına görə cərimələrin artırılması üçün də kifayət qədər əsas və fakt var.
Bunu Xalqxeber.az-a açıqlamasında Hüquq Eksperti İsmayıl Zalov həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən aksiya barədə danışarkən deyib.
Bu yaxınlarda Saleh Rüstəmli ilə bağlı bir qrup şəxs Fəvvarələr Meydanında qanunsuz aksiya keçirdi. Həmin aksiyada hamısı xüsusi hazırlıq keçmiş müxalifət düşərgəsində təmsil olunan insanlar idi. Artıq bunlar etiraz aksiyası adı altında təxribatla məşğul olmaq, dağıdıcı qüvvələrin tapşırıqlarını yerinə yetirmək üçün hərəkət edirlər. Bundan sonra bütün bu məsələlər qanunla tənzimlənəcək və hamı qanun qarşısında cavab verəcək.
Ümumiyyətlə, Azərbaycanda etiraz aksiyası keçirilmir. Bir qrup adamdır, düşüblər ortaya. Onların sosial bazası olmadığına görə şəhərin mərkəzi hissələrində aksiya keçirməyə, Fəvvarələr meydanına, Sahil bağına toplaşmağa çalışırlar. Oradan keçən insanların sayı hesabına guya izdihamlı mitinq keçirdiklərini göstərməyə, müxtəlif şəkillər çəkib beynəlxalq təşkilatlara, onları himayə edən qurumlara göndərib qrant almağa çalışırlar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...