SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakıda dönərdən kütləvi zəhərlənmədə KİLİD MƏQAM – Sıra o şirkətə çatanda hamı susur

Bakıda dönərdən kütləvi zəhərlənmədə KİLİD MƏQAM – Sıra o şirkətə çatanda hamı susur

Tarix:

15-12-2021, 17:39

/ 582 dəfə oxundu.
Bakıda dönərdən kütləvi zəhərlənmədə KİLİD MƏQAM – Sıra o şirkətə çatanda hamı susur


2021-ci il dekabrın 13-də Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin hamısı - yeddi kişi və bir qadın bir gün əvvəl “Dönər Market” restoranından toyuq dönəri alıb.

Restoranın administratoru Orxan Ağayev deyib ki, restoran artıq iki ildir fəaliyyət göstərir: “Biz tamamilə qanuni əsaslarla fəaliyyət göstəririk. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikatlaşdırılmışıq. Restoranımızı ətlə təmin edən şirkətin də müvafiq sertifikatı var”.

Jurnalistlərin xahişlərinə baxmayaraq, administrator onlara təchizatçı şirkətin adını açıqlamayıb.  AYNA məsələni araşdırmağa çalışıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin dediyinə görə, “Dönər Market” restoranına Agentlik tərəfindən sertifikat verilməsi mümkün deyil: “Qida məhsulları haqqında qanunun 7-ci maddəsinə əsasən, qida istehsalı sahəsində fəaliyyət göstərən bütün subyektlər Agentliyimizdə qeydiyyatdan keçməlidir. Bu qurumlar tərəfindən istehsal olunan hər şey bizim tərəfimizdən ciddi yoxlanışdan keçirilir. “Dönər Market” restoranı isə bizim Agentlikdə qeydiyyatdan keçməyib və ona görə də qanunsuz fəaliyyət göstərib”.

Xatırlatmaq istərdik ki, Daxili İşlər Nazirliyi (DİN) restoranda zəhərlənmə faktı ilə bağlı cinayət işinin başlandığını açıqlamışdı. Amma dəfələrlə cəhd etməyimizə baxmayaraq, nə DİN, nə də “Dönər Market” rəhbərliyi restorana ət verən şirkətin adını açıqlamayıb.

Təchizatçı şirkətin adını “Dönər Market” restoranının işçilərinin özlərindən öyrənmək qərarına gəldik. Amma təəssüf ki, onlar məsləhətlə kifayətlənərək, sualımıza cavab verməkdən imtina etdilər. “Bizim bütün məhsullarımız, bütün sənədlərimiz Qida Təhlükəsizliyi Agentliyində ekspertizadan keçir. Suallarınız üçün bu Agentliklə əlaqə saxlayın”, - deyə restoran işçiləri bizə məsləhət verdilər.

DİN-in mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev də AQTA-ya müraciət etməli olduğumuzu söylədi. Yenə üz tutduq AQTA-ya.

““Dönər Market”in məhsullarını yoxlayan əməkdaşlarımızla əlaqə saxlayacağam. Yəqin ki, ət tədarükçüsü şirkətin adını bilirlər. Bilən kimi gün ərzində bu restoranı ətlə təmin edən şirkətin adını sizə deyəcəm”, - deyə Piriyev bizə söz verdi.

Təəssüf ki, gün ərzində bizimlə əlaqə saxlamadı. Və zənglərimizə məhəl qoymadı.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, Agentlik “Dönər Market” restoranını ətlə təmin edən şirkətin adı ilə bağlı ictimaiyyətə mütləq məlumat verməlidir: “Bu, gələcəkdə yeni zəhərlənmələrin qarşısını ala bilər”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə isə, ola bilsin ki, bu şirkət hansısa yüksək vəzifəli şəxsə məxsusdur və ona görə də Agentlik onun adını açıqlamaq istəmir.

Bu arada, Respublika Gigiyena və Sanitariya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, zərərçəkənlərə vaxtında yardım göstərilməsə, ətdən zəhərlənmələr ağır nəticələrə səbəb ola bilər.

Şərhlər

XƏBƏR LENTİ