Azərbaycanda məktəbə hücum edildi - FOTOLAR
Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.
Xalqxeber.az ın APA-ya istinadən məlumatına görə, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib. Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.
Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov sayta açıqlamasında deyib ki, bu barədə rayon şöbəyə heç bir məlumat verilməyib: “Sizin müraciətiniz əsasında məlumat almışıq və dərhal araşdırma aparılması üçün göstəriş verilib”.
Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək