SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cənab nazir, BU ƏLİL AİLƏSİ ACINDAN ÖLƏ BİLƏR... - ACINACAQLI MƏNZƏRƏ...

Cənab nazir, BU ƏLİL AİLƏSİ ACINDAN ÖLƏ BİLƏR... - ACINACAQLI MƏNZƏRƏ...

Tarix:

7-12-2021, 14:17

/ 513 dəfə oxundu.
Cənab nazir, BU ƏLİL AİLƏSİ ACINDAN ÖLƏ BİLƏR... - ACINACAQLI MƏNZƏRƏ...


Sabunçu rayonu, Emir Bağırov küçəsində yaşayan Şayirə Mürsəlova "Hürriyyət"ə müraciət edərək, həyat yoldaşı Şakir İsgəndərovun əlil olmasına baxmayaraq pensiya ala bilmədiyini deyir. Hazırda yoxsulluq içində yaşayan ailə nə sosial müavinət, nə də pensiya ala bilir. Şikayətçi "Hürriyyət"in vasitəsilə aidiyyatı orqanlara müraciət edib:

"Gürcüstan vətəndaşıyam. Hazırda ailəmlə Azərbaycanda yaşayıram. Yoldaşım Astara rayonundandır. Dörd azyaşlı övladım var. Həyat yoldaşım İsgəndərov Rahim Şakir oğlu belindən əlildir. O dərnəgül xəstəxanasında yatıb. Uşaq vaxtı xəstəxanadan çıxarkən kağız almayıb. Valideynləri də rəhmətə gedib. İndi həmin xəstəxananı dəyişiblər. Deyirlər ki, kağız olmadan pensiya verə bilmərik.

Özüm də dializ və talasemiya xəstəsiyəm. Eyni zamanda, üç yaşlı övladım da talasemiya daşıyıcısıdır. Bir otaqlı olan taxtadan olan tikilidə məskunlaşmışıq. Nə sosial yardım, nə də pensiya ala bilmirik. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Amma müraciətimi cavabsız qalır. Çox pis vəziyyətdə yaşayırıq. Həyat yoldaşımın savadı olmadığından dəmir-plasmas qablar yığıb satır. Digər tərəfdən yoldaşımın iş yeri olmadığına görə biz sosial müavinət də vermirlər".

Cənab nazir, BU ƏLİL AİLƏSİ ACINDAN ÖLƏ BİLƏR... - ACINACAQLI MƏNZƏRƏ...



Şərhlər

XƏBƏR LENTİ