SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillər

Strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillər

Tarix:

29-11-2021, 16:56

/ 574 dəfə oxundu.
Strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillər

 
Noyabrın 26-da üç dövlət rəhbərinin Soçi şəhərində keçirdiyi görüş və bu görüşlərdə səsləndirilən fikirlər, qəbul olunmuş bəyənat çox mühüm əhəmiyyət daşıyır və Azərbaycan Pezidentinin mövqeyini tamamilə əks etdirir.
Görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin öz çıxışında Azərbaycanla münasibətlərə çox böyük önəm vermiş, Azərbaycan Prezidetinin Rusiya-Azərbaycan münasibətlərində həyata keçirdiyi tədbirlər, görülən işlər yüksək qiymətləndirilmiş və hətta Rusiya Federasiyasının prezidenti bununla əlaqədar Azərbaycan rəhbərinə öz minnətdarlığını ifadə etmişdir. Bu da qürur doğuran bir məsələdir və reallıqları əks etdirir.
Həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti sayəsində son illər Azərbaycan-Rusiya münasibətləri strateji bir mərhələyə daxil olub və son görüşlər, qəbul olunmuş bəyanatlar, son çıxışlar da bunu bir daha göstərir. Çünki, hər iki dövlət arasında ikitərəfli əlaqələr, qarşılıqlı maraqlar əsasında qurulub və demək olar ki, bütün sahələri, iqtisadiyyatı, ticarəti, mədəniyyəti, nəqliyyatı, elmi və digər sahələri əhatə edir.  
Müsbət bir haldır ki, müharibənin daha geniş yayılmaması üçün Rusiya özünün humanist təşəbbüsünü irəli sürdü və 44 günlük müharibə noyabr ayının 10-da dayandırıldı, məlum 10 noyabr bəyanatı qəbul edildi. Ondan sonra da Rusiya sülhməramlılarının ərazilərdə gördüyü iş Prezident Putinin, eləcə də cənab İlham Əliyevin çıxışlarında qiymətləndirildi.
İstər Azərbaycan Prezidentinin, istərsə də Rusiyanın dövlət başçısının səsləndirdiyi fikirləri hər iki dövlət üçün, digər tərəfdən bu gün böhran vəziyyətində yaşayan, çıxılmaz vəziyyətdə olan Ermənistan üçün çox vacibdir. Qəbul olunmuş bəyanatda da bu məsələlər aydın şərh olundu. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi, bununla əlaqədar qəti tədbirlərin görülməsi diqqətə çatdırıldı, üçtərəfli kamissiyanın yaradılması və tez bir zamanda bu məsələnin həll olunması qərara alındı. Digər tərəfdən Rusiya Prezidentinin çıxışlarında nəqliyyat, avtomobil yollarının açılması məsələsi də gündəmdə oldu və bu məsələnin həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan üçün vacibliyi bildirildi.
Sülh məsələsi gündəmdə olan başlıca məsələ idi və Rusiya federasiyasının rəhbəri sonrakı gedişlərdə bu məsələnin həll olunmasının vacibliyini qeyd etdi və iki dövlət arasında bütün ziddiyyətlərin aradan qaldırılmasını vacib hesab etdi. Bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi, əsir və girov məsələləri üzərində dayanılmaması onu göstərir ki, bu məsələlər bilavasitə arxa planda olan məsələlərdir və Azərbaycanın öz işidir. Burada Azərbaycanın gördüyü işlərə, Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlərə yüksək qiymət verilməsi onu deməyə əsas verir ki, gələcəkdə də Rusiya Azərbaycanın müvqeyini müdafiə edəcəkdir.
 
Ramil Qədimbəyov – hüquqşünas, BDU-nin doktorantı

Şərhlər

XƏBƏR LENTİ