Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi - ƏMR
- 23-11-2021, 12:49
- 636
Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.
Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.
O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb. //qaynarinfo.az//