SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ETSN MEŞƏ MAFİYASININ əlində aciz qalıb? - VİDEOFAKT

ETSN MEŞƏ MAFİYASININ əlində aciz qalıb? - VİDEOFAKT

Tarix:

22-11-2021, 08:41

/ 584 dəfə oxundu.
ETSN MEŞƏ MAFİYASININ əlində aciz qalıb? - VİDEOFAKT

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, hazırda Masallı, Cəlilabad və Yardımlı meşələrində ağacların qırıntısı kütləvi olaraq davam etdir. Və bu " meşə soyqırımı" bir başa Namik Xıdırovun göstərişi ilə həyata keçirilir. Adları "Qırmızı Kitaba" düşmüş və digər iri və xırda diametrli ağaclar (Azat, dəmirağac, şabalıdyarpaq palıd, fıstıq və s) kəsilərək "işlik" material kimi sexlərə və kustar üsulla hazırlanmaq üçün isə kömürçülərə satılır. Hazırda Cəlilabad şəhərində Diaqnostika tibb Mərkəzinin qarşısında olan "odun bazar"ı və Cəlilabad Masallı ərazilərində meşə ilə həmsərhəd olan kəndlərdə isə kustar üsulla hazırlanan 200 dən çox kömür quyuları (hövzələri) fəaliyyət göstərir. Yalandan saxta yolla heç bir aktı yazılmadan ağaclara damğalar vurulur. Məktəb və uşaq bağçalarına oduncaq vermə adıyla bu gün ki, gün iridiametrli ağaclar kəsilərək sexlərə satılır.
Namik Xıdırov cənab Muxtar Babayevin sadəlövhüyündən istifadə edərək Adəm İsmiyevlə birlikdə qorxmadan meşələri öz qazanc mənbələrinə çeviriblər.
Neçə ki, bir neçə gün bundan öncə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev keçirdiyi iclasların birində işçilərə fəxarətlə belə demişdi: Biz heç kimdən qorxmuruq, çünki bizim arxamızda "duranlar" var. Əgər arxamızda duranlar olmasaydı, o zaman biz, bu 3 ay ərzində bu qədər şikayətlərin qarşısında tab gətirə bilməzdik. Bizdən nə qədər yazırlar, qoy yazsınlar, onsuz da bizlərə gücləri çatmayacaq.
Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. //azinfo.tv//

Şərhlər

XƏBƏR LENTİ