"Tarqovı"da FACİƏ: qadının başına daş düşdü
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər "Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsə gətirilib.
Bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mərkəzə yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan tökülən şüşə qırıntılarının nəticəsində xəsarət alıblar.
Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı "Tarqovı”da binanın balkonunun daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb. İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.
(lent.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək