Şair Alxasovu NİYƏ HƏBS ETMİRLƏR? - GİLEY
"Bu qədər cinayətlərin, özbaşınalıqların, vətəndaş narazılıqlarının qarşılığında bu gün Qusara rəhbərlik edən Şair Alxasovu NİYƏ HƏBS ETMİRLƏR?" DİA.AZ bildirir ki, bu barədə Qusar sakinləri adından redaksiyamıza ünvanlanan şikayət məktubunda deyilir.
Narazı vətəndaşlar yazır: "Şair Alxasov yeganə rayon rəhbərlərindəndir ki, onunla bağlı bütün şikayətlər "yuxarılar" tərəfindən rəsmən qulaqardına vurulur. Dəfələrlə icra başçısının əməllərindən aidiyyatı qurumlara şikayət etsək də, səsimizi eşidən yoxdur.
Şair Alxasov rayonda əməlli-başlı gestapo rejimi qurub. Bütün gəlir yerlərinə özü və yaxın qohumları nəzarət edir. Səsini çıxaranın da səsini batırır...
Bir neçə ildən sonra Qusarda yerli camaatı tapmaq mümkün olmayacaq. Gücü çatan Qusardan qaçır. Bir qisim camaat Bakıya getsə də, əksəriyyət Alxasovun əlindən ölkədən birdəfəlik gedir, Rusiyaya köçür".
Narazı sakinlər dia.az-a bildirir ki, Şair Alxasov Vəyən müharibəsi qəhrəmanlarına - şəhid və qazi ailələrinə də biganə münasibəti ilə seçilir: "Digər sakinlər bir yana, bu gün şəhid ailələri, Qarabağ Qaziləri də başının qəbuluna düşə bilmirlər.
Bizə bir köpməklik edin və ölkə rəhbərliyi Şair Alxasova layiqli qiymətini versin..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...