SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hərbi müdafiəmiz VAR, sosial müdafiəmiz SIFIR... - Sahil Babayevin YARITMAZLIĞI...

Hərbi müdafiəmiz VAR, sosial müdafiəmiz SIFIR... - Sahil Babayevin YARITMAZLIĞI...

Tarix:

6-11-2021, 14:00

/ 603 dəfə oxundu.
Hərbi müdafiəmiz VAR, sosial müdafiəmiz SIFIR... - Sahil Babayevin YARITMAZLIĞI...


Əslində hər bir ölkənin 2 müdafiə naziri olur:
Biri ölkənin təhlükəsizliyini, ərazi bütövlüyünü qoruyan müdafiə naziri, biri də...
Ölkənin imkansız, aztəminatlı insanlarını, kasıb ailələrini aclıqdan, maddi sıxıntıdan qoruyan sosial Müdafiə naziri...
Bəli, bu iki müdafiə naziri sözün həqiqi mənasında cəmiyyət və dövlət üçün çox vacibdir.
Vaxtilə ölkəmizin sosial müdafiə naziri var idi, Əli Nağıyev, sonralar Belorusiyada Azərbaycanın Allah qoymasa, səfiri oldu...
Deməli, 90-cı illərdə Əli Nağıyevə Qarabağ qazilərinin işsizlik problemi ilə bağlı sual verəndə demişdi ki, Sumqayıtda 10 dənə çəkməçi, ayyaqabı təmizləyən budka açmışıq gedib orada işləsinlər...
Bəli, Sahil Babayevin sələfi olan nazir üçün Qarabağ qazisi çəkməçi budkasında işləməli idi...
Bu gün həmin ənənəni Sahil Babayev davam etdirir.
Sahil Babayev nazir olandan bəri insanların son ümid yeri olan müavinətlərini, təqaüdlərini kəsir, onları çörək pulundan da məhrum edir.
Sahil Babayev məşğulluq adı altında dövlətin ayırdığı milyonları silir, mənimsəyir və vətən uğrunda canından keçən Qarabağ qazisinə 3 xəstə inək verir...Ki, ailəsini dolandırsın.
Bəli, sosial müdafiə naziri və 3 xəstə inək.
Təsəvvür edirsiniz, qazi , iki dəfə belindən əməliyyat olunub və ona dövlətdən dəstək verilməyib. Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada özünüməşğulluq proqramına əsasən Qarabağ qazisinə dəyəri 4 min manat olan üç baş xəstə heyvan verilib, akta qol çəkdirilib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb.
4 min manata 3 xəstə inək....
Qazi deyir ki, 3 xəstə inəyin əvəzinə 1 sağlam inək versəydilər, bundan yaxşı idi...
Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də Sahil Babayevə dəstək olur, xəstə inəklərə “sağlamlıq pasportu” verir.
Qoşqar Təhməzli deyir ki, biz inəkləri təhvil verəndə inəklərin sağlamlığı yerində idi, hətta şəkili və videosu da var.
Hələ bu harasıdır ?
Qarabağ qazisi, deyir ki, ey Sahil Babayev, 8 aydır penisiyam kəsilib, çörək almağa pulum yoxdur...
İndi özünüz düşünün, 8 ay pensiya almayan Qarabağ qazisi nə etməlidir ?
Bütün bunlar Sahil Babayevin əməllərinin cüzi bir hissəsidir.
Deməli, Sahil Babayev bir fəhlənin adına şirkət təsis edib.
Fəhlənin haqqını kəsən, əlilin pensiyasını kəsən, qazini intihara çatdıran, kütləvi narazılıq yaradan Sahil Babayev bir fəhlənin adından istifadə edərək Vətən müharibəsi zamanı şirkət yaradıb Çindən mallar sifariş verib.
Təsəvvür edirsiniz, fərq nə qədərdir ?
Sahil Babayev 2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında imkanları az olan, uyğunluq sertifikatı olmayan avadanlığı Çindən 1200 dollara alıb, nazirliyə isə 4517 dollara satılıb. Fərq: 3317 dollar...
Təkcə bir avadanlıqdan Sahil Babayev 3317 dollar qazanıb.
Pandemiya dövründə imkansız ailələrə 190 manatı verməyən Sahil Babayev bir avadanlıqdan 3317 dollar qazanıb.
Sözün qısası, Sahil Babayev imkansız əhalinin deyil, özünün və ailəsinin “müdafiə naziri”dir.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ