“Zümrüd-N Production” media nümayəndələrinə müraciət etdi
Müraciəti olduğu kimi sizlərə təqdim edirik:
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". Heydər Əliyevin ideyalarının təcəssümü olaraq digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də necə böyük inkişaf yolu keçdiyini görmək olar. Azərbaycan xalqı hər şeyə qadirdir.
Bu məqsədlə də “ZƏFƏR” Bayramımızı bərabər qeyd etmək, hər birimizin haqqıdır. Məhz bu məqsədlə də biz “ZÜMRÜD-N PRODUCTİON” olaraq, qərara gəldik ki, sizlər kimi vətənpərvər vətəndaşlarımızla birgə 05.XI.2021 cil-il tarixdə “Zəfər” Bayramımızla bağlı tədbirimizi təşkil etməklə yanaşı Qazilərimizi və Şəhid Ailələrini həmin tədbirə dəvət edib, onlara “Dəmir yumruq” müakafatı, müxtəlif hədiyyələr təqdim edib, könüllərini şad edək!
Beləliklə bu missiyanı həyata keçirmək üçün sizin mənəvi dəstəyinizə ehtiyac var! Əminəm ki, “ZƏFƏR” günümüzü 05.11.2021-ci il tarixdə möhtəşəm qeyd etmək üçün, birliyimizi qorumaqla, bir “DƏMİR YUMRUQ” ətrafında birləşərək, bizə tezliklə yaxından dəstək olacaqsınız.
“Diqqətinizə görə minnətdarlığımızı bildirməklə, sizi 05.11.2021 ci il tarixdə “ZƏFƏR” Bayramı ilə əlaqədar keçiriləcək tədbirə dəvət edir və dəstəyinizi əsirgəməməyinizi çox – çox xahiş edirik!!! ”
Hörmətlə: “ZÜMRÜD-N PRODUCTİON” –nın Rəhbəri Zümrüd Güləli qızı

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...