SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kərəm Həsənovun adı Eldar Mahmudovun növbəti çirkabına bulaşıb

Kərəm Həsənovun adı Eldar Mahmudovun növbəti çirkabına bulaşıb

Tarix:

17-05-2017, 09:46

/ 64 105 dəfə oxundu.
Kərəm Həsənovun adı Eldar Mahmudovun növbəti çirkabına bulaşıb

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adı yenə də MTN işində hallanır
Dövlət komitəsi sədrinin adı Eldar Mahmudovla bağlı müxtəlif əməliyyatlarda çəkilməsinə baxmayaraq barəsində heç bir tədbir görülmür.
Bu dəfə MTN-də Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar öz əksini tapıb.
İttihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb.
O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib. Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilməsini əsassız hesab edib.
Bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.
Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.
Mustafayevlərə təzyiq göstərilməsində K.Həsənovun istəyi olub və Mahmudovdan xahiş etdiyi deyilir.
Elçin Quliyev eyni zamanda, rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də MTN-nin Antiterror Mərkəzinə çağırtdırıb.
Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini bildirib.
Elçin Quliyev Malik və Mətləb Mustafayevlərin barəsində cinayət işi başladacağı, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib.
20 dekabr 2012-ci ildə müsabiqə əsasında o, “Azərsu” ASC-yə iqtisadçı vəzifəsinə işə qəbul olunub. 04 sentyabr 2014-cü ilə qədər bu vəzifədə işləyib.
Burada da Kərəm Həsənovun müdaxiləsi və təzyiqi nəticəsində ona kadrlar şöbəsində heç bir səbəb göstərilmədən bildiriblər ki, öz ərizəsi ilə işdən çıxmalıdır. Ona görə də o, məcburən həmin gün ərizə yazıb öz xahişi ilə işdən azad olunub.
O, hüquqlarının Kərəm Həsənov tərəfindən pozulması ilə əlaqədar 01 mart 2012-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib, həmin mülki işə müxtəlif instansiya məhkəmələrində baxılması bu gün də davam edir.
Elçin Quliyevlə İlqar Əliyev Kərəm Həsənovu məhkəməyə verməyinə görə ona irad tutub narazılıqlarını bildiriblər. Elçin Quliyev və İlqar Əliyev ona hədə-qorxu gəlməklə təzyiq etməyə başlayıblar.
MTN –də rütbəli şəxslərin onu çağırıb təhdid etməsi məhz komitə sədrinin istəyi ilə baş tutub. K.Həsənov E.Mahmudovla işbirliyinə görə MTN şefindən xahişlər edə bilirmiş.
Çünki əmlakların sənədləşməsi, qeydiyyatı məsələlərində komitə sədri də onun arzularını gerçəkləşdirib.
Komitənin sədr müavini Rafiq Cəlilovun Xəzər rayonunda mahmudovçu bandaya hansı yaxşılıqları etdiyini xatırlamaq kifayətdir. Maraqlıdır ki, adı MTN çirkabına bulaşmış K.Həsənov haqda bu qədər faktlar meydana çıxsa da, onu cəzalandırmırlar.
Bu faktlar heç də medianın dezinformasiyası yaxud uydurması deyil. Hər biri ittiham aktında, istintaq materiallarında öz əksini tapıb.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ