SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dövlət müstəqilliyinin bərpası haqqında

Dövlət müstəqilliyinin bərpası haqqında

Tarix:

14-10-2021, 17:58

/ 395 dəfə oxundu.
Dövlət müstəqilliyinin bərpası haqqında

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqının tarixinə  bü dövr  ağır ictimai-siyasi vəziyyət, müharibə, işğal və eyni zamanda  sabitlik, inkişaf, qələbə,  zəfər, uğur tarixi kimi yazıldı.   XX  əsrn sonlarında  yaranmış tarixi şərait və Azərbaycan xalqının qəlbində olan azadlıq istəyi, müstəqillik arzusu, bu yolda qətiyyətli, dönməz və məqsədyönlü fəaliyyəti XX əsrin əvvəllərində itirilmiş müstəqilliyinin bərpasını qaçılmaz etdi. 
Müstəqilliyin ilk illəri Azərbaycanda, ümumilikdə regionda çox ağır ictimai-siyasi vəziyyət mövcüd idi. Ölkə daxilində baş verən iğtişaşlar, siyasi çəkişmələr, iqtisadiyyatın çökməsi və eyni zamanda, qönşü Ermənistan tərəfindən ölkəmizə qarşı olan torpaq iddiaları, 100 minlərlə qaçqın və məcburi köçkünlərın sosial problemləri, bir - birinin ardınca ərazilərin işğal olunması, ölkəmizi gözügötürməyən xarici qüvvələrin təzyiqləri və daxildə olan müxtəlif silahli birləşmələrin, separatçı qüvvələrin özbaşına fəaliyyətləri, vahid komandanlıq və rəhbərliyin olmaması Azərbaycan xalqının qanı bahasına qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan xalqının ziyalıları bu təhlükəni hiss edirdilər və yeganə çıxış yolunu böyük dövlətçilik təcrübəsi, siyasi bacarığı dərin zəkası olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. O zamankı ölkə rəhbərliyi hər bir vasitə ilə Heydər Əliyevin Bakıya gəlməsinə maneələr törətməyə çalışsalarda sonda özləri Ulu Öndəri hakimiyyətə dəvət etmək məcburiyyətində qaldılar. 
Umummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən qısa bir müddət sonra ölkədəkı gərgin ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi, vətəndaş müharibəsinin qarşısını alınması, cəbhə bölgəsində atəşkəsin əldə olunması üçün əməli addımlar atdı. Böyük siyasi üzaqgörənlik və siyasi iradə ortaya qoyaraq Azərbaycanın çökmüş iqtisadiyyatını dirçəltmək və müharibə şəraitində olan ölkəyə milyardlarla investisiyalar gətirə bilmək üçün  “Əsrin Müqaviləsi” ni imzalamağa müvəffəq oldu. Tezliklə cəbhədə atəşkəs əldə olundu. Azərbaycan qısa bir müddətdə xaosdan, ictimai-siyasi qeyrisabitlikdən qurtuldu, vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, daxildə baş qaldıran separatçı qüvvələr zərərsizləşdirildi. Ölkə sabitlik və inkişaf yoluna qədəm qoydu. Azərbaycanın müstəqil, demokratik, suveren bir dövlət olduğunu dünya ölkələrinə tanıtmaq üçün böyük işlər görüldü, düzgün xarici siyasət həyata keçirildi. Qısa bir büddətdən sonra Azərbaycan nüfüzlü beynəlxalq təşkilatların üzvü oldu və haqq səsini yüksək tribunalardan dünyaya çatdıra bildi.
 Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri sayəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxıaya və möhkəmləndirə bildi. Ulu Öndər tərəfindən təməli qoyulan düzgün siyasi xətt, müdrik siyasət cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün çox böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan artıq işğala məruz qalmış, zəif, gücsüz bir xalq yox, dünya dövlətləri icərisində öz yeri olan, müstəqil siyasət yürüdə bilən, böyük beynəlxalq layihələrə müəlliflik edən və işğal altında olan torpaqlarını düşmən taptağından azad edib ərazi  bütövlüyünü təmin edən qalib bir ölkədir.

Cavid Fərhadov –ehtiyatda olan polkovnik leytenant, Vətən Müharibəsi qazisi

Şərhlər

XƏBƏR LENTİ