Cavanşir Feyziyevin məşhur kitabı uyğur dilində çap olundu - FOTO
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu "Türk Dövlətləri Birliyi:
Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı Mərkəzi ofisi Ankarada yerləşən Uyğur Araşdırma İnstitutunun təşəbbüsü və dəstəyilə uyğur dilinə tərcümə olunub.
Xalqxeber.az xəbər verir ki, bununla əlaqədar olaraq mərkəzi ofisi ABŞ da yerləşən Hürr Asiya Radiosunda geniş tanıtım reportajı yayımlanıb.
Reportajda millət vəkili Cavanşir Feyziyev müəllifi olduğu kitabla bağlı ona ünvanlanan sualları cavablandırıb.
Qeyd edək ki, "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk, qazax, qırğız, boşnak, rus macar və özbək dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.
Xatırladaq ki, azərbaycanlı deputatın müəllifi olduğu "Türk Dövlətləri Birliyi” kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.
https://www.rfa.org/uyghur/xewerler/a-10132021105151.html

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...