SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "TuranBank"da NƏLƏR BAŞ VERİR? - İDDİA

"TuranBank"da NƏLƏR BAŞ VERİR? - İDDİA

Tarix:

11-10-2021, 14:03

/ 659 dəfə oxundu.
"TuranBank"da NƏLƏR BAŞ VERİR? - İDDİA

Bir neçə il əvvəl hazırda həbsdə olan Cahangir Hacıyevin rəhbəri olduğu Beynəlxalq bankda baş verən cinayət əməlləri Azərbaycanda bank sisteminin rüsvayçı vəziyyətdə olduğunu bir daha sübut etdi.
Xatırlatma üçün qeyd edək ki, əvvəl dedilər ki, bankın 4 milyard problemli krediti var. Sonra “summa” 10 milyarda qalxdı.
Bunları deməkdə məqsədimiz odur ki, ümumiyyətlə, ölkəmizdə bankçılıq çapovulçuluq kimi başa düşülür.
Belə banklardan biri də Turanbankdır.
Məlumat üçün qeyd edək ki, “TuranBank” ASC 1992-ci ildə təsis olunub.
İdarə Heyətinin sədri FƏZAİL MUSAYEV, Müşahidə Şurasının sədri Rauf Kazımov, Baş direktor Emil Mürsəlovdur.
Yəqin ki, MUSAYEV familyası hamının yadına “Şapka Mamed”i saldı.
Bəli, “Şapka Mamed” kimi tanınan Məmməd Musayev ölkəmizin bank sistemi üçün fəlakətdir. Bütün irili-xırdalı bankların çoxu “Mamed”in şinelindən çıxıblar. O cümlədən də “Turanbank” ASC.
Bu bankın “Şapka Mamed”ə məxsus olması heç kimə sirr deyil.
Yəqin bankın İdarə Heyətinin sədri Fəzail Musayevin soyadı ilə “Şapka Mamed”in soyadının üst-üstə düşməsi də təsadüfi deyil.
Sözün qısası “Şapka Mamed” nə tökübsə Turanbank da onu yığıb.
Bankdakı kredit faizləri, süründürməçilik və digər neqativ hallar heç bir əndazəyə sığmır.
Guya Allah qoymasa hərdən müəllimlərə, “pojarnı” işçilərinə güzəştli kredit verməklə bağlı yalandan özlərini reklam edirlər.
Hələ bu harasıdır ?
Təsəvvür edirsiniz, vətəndaş “Turanbank” ASC-dən kreditləşmə yolu ilə avtomobil alıb. Özü də avtomobil işlənmiş, hətta “daldan vurulmuş” olub.
Vətəndaş ilkin ödənişi həyata keçirib, avtomobil təmirdə olub və...
Bəli, Turanbank təmirdən çıxan avtomobili vətəndaşdan zorla geri alıb. Guya bağlanan müqavilədə şərtlər düzgün olmayıb.
Hətta bank vətəndaşın idarəetdiyi avtomobili küçədə DYP vasitəsilə saxlatdıraraq banka gətizdirib.
Daha bu bankçılıq olmadı, vallah, qaçaq-quldurçuluqdur.
Yuxarıda əbəs yerə demədik ki, hər yerdə “Şapka Mamed”in dəsti-xətti görünür.
Turanbank-da hətta müştərilərə məhkəmə yolu ilə hədə-qorxu gəlirlər.
Çünki “Mamed” oğluna vəsiyyət edib ki, məhkəmələr mənlikdir.
Sözün qısası, Məmməd Musayevin “xozeyn” , oğlu Fuad Musayevin rəhbər olduğu "Turanbank”dan kredit götürən şəxslərin işi Allaha qalıb.
Deyəsən, axırda Allah da “Şapka”dan üz çevirdi...
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ