Ədalət Muradov yeni prorektoru kollektivə təqdim etdi
Xəbər verdiyimiz kimi, UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.
Universitetdən Unikal.org-a bildirilib ki, UNEC rektoru professor Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.
Neman Muradlıya yeni fəaliyyətində uğurlar arzulayan rektor, “UNEC 100” İnkişaf Strategiyasının beynəlxalq əməkdaşlıq istiqamətindəki hədəflərindən söz açıb. UNEC-in xarici universitetlərlə ikili diplom proqramlarının, əcnəbi tələbələrinin sayının daha da artırılmasının, xarici professorların tədrisə cəlb edilməsinin, beynəlxalq əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Neman Muradlı 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib.
2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb.
2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən “Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2013-2015-ci illərdə Seul şəhərində fəaliyyət göstərən Samsung Engineering şirkətində, 2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib.
2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir.
2021-ci ilin oktyabrında UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyin olunub
İngilis, türk və koreya dillərini mükəmməl bilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...