SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Tarix:

6-10-2021, 11:00

/ 303 dəfə oxundu.
Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır


Prezident İlham Əliyev son günlər nüfuzlu beynəlxalq media orqanlarına müsahibələr verərək dünyaya, beynəlxalq qurumlara mesajlar verir, bir çox məsələlərə aydınlıq gətirərərək dövlətimizin mövqeyini ortaya qoyur.

Dövlət başçımız 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə vermişdir. Fransanın “France-24” telekanalına verilən müsahibə ilə EFE-dəki müsahibəni birləşdirən nöqtə isə İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüş imkanlarının dəyərləndirilməsidir. Azərbaycanın qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğunu bəyan edən cənab Prezident məsələ ilə bağlı fikirlərini blə ifadə etmişdir: “Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib”.

İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi. 

Rusiya 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə Qarabağda öz sülhməramlılarını yerləşdirərək bölgədə sülhün təmin olunmasına köməklik göstərir.

Müsahibədə bu mövzuya da toxunan cənab Prezident İlham Əliyev bildirmişdir: “Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər.Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar”.

Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə ölkəmiz üçün böyük çətinlik yaratdı. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə döv¬rünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün in¬tensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respubli¬kamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartların¬da həyata keçirilməsi üçün lazımi tədbirlər görülür.

Ermənistan isə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu ərazilərin mina xəritələrini verməkdən boyun qaçırır.Prezident İlham Əliyev müsahibə zamanı  mövzuya toxunaraq dünya ictimaiyyətinə bir daha düşmənin məkrli fəaliyyətindən söz açmışdır: “Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir”.

Bu gün regionda yaranan vəziyyəti strateji olaraq qiymətləndirsək, görərik ki, Azərbaycan istər diplomatik, istər informasiya, istər iqtisadi, istər hərbi cəhətdən özünü dünyaya sübut etmiş ölkədir.  Ermənistan isə artıq başa düşməlidir ki, ölkədə davam edən böhran vəziyyətindən çıxmaq üçün Azərbaycanın şərtlərini qəbul etməlidir.


Aysel Mənsimova
YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ