SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Bu nə "besperedel", nə vicdansızlıqdır..." - GİLEY

"Bu nə "besperedel", nə vicdansızlıqdır..." - GİLEY

Tarix:

5-10-2021, 18:37

/ 310 dəfə oxundu.
"Bu nə "besperedel", nə vicdansızlıqdır..." - GİLEY


"Son günlər Sumqayıt Nəqliyyat İdarəsi də sərnişindaşımada məlum kart sisteminə keçib... Elə bu keçidlə də sərnişinlərə qara günlər yaşatmaqdadır. Başlıca səbəb də kartları adına Validator deyilən terminalın tanımamasıdır. Demək belə, kartda kifayət qədər pul olsa da, terminal göstərir ki, kartda pul yoxdur(?) Beləliklə də, vətəndaş bədbəxt avtobusa buraxılmır. Kütləvi hal alan bu problem Sumqayıt-Ceyranbatan arasında işləyən 9№-li avtobusda fontan vurur. Təsəvvür edirsinizmi, özlərinin (Sürücülərin) satdığı kartaları öz terminalları tanımır. Başqa sözlə öz kartları ilə öz avtobuslarına buraxmırlar. İndi gəl məktəbə gedən uşaqların, qocaların, xəstələrin, lap elə hər kəsin düşdüyü duruma bax... Bunlar ya başa düşmürlər, ya da başları çatmır ki, istənilən halda problem vətəndaşda deyil, bunların problemidir... Zəhmət çəkib problemdən çıxış yolu tapmalıdırlar. Çıxış yolu demişkən,...kartı yenisi ilə əvəzləmək təklif olunur(?) Yəni 2 manat verib yeni kart almalısan və əvvəlki kartda olan pula da bir "FATİHƏ".
Sumqayıt Nəqliyyat İdarəsinin rəis müvaini Tofiq adlı şəxs də bu problemin büyüklüyünü bildiklərini bildirdi...Deyir ki, neyləyək kartları "Paşabank" hazırlayıb, layihə onlarındır. Vəziyyətin düzəlməsini gözləyək(? Gülməli, ağlamalı mənzərədir. Demək ki, gecə saat 8-də kursdan çıxan uşaq durub gözləməlidir ki, vəziyyət düzələcək. Bu nə "besperedel", nə vicdansızlıqdır. Sumqayıt Şəhər İcra Hakimiyyətində də bir söz eşidən yoxdur...həmişə olduğu kimi.
Sumqayıt Nəqliyyat İdarəsinin rəisi Sultan Əsədov da gözəgörünməz olub. Şəkilini də qoyuram ki, təsadüfən görmüş olsanız, yapışın yaxasından, mindirin 9№-yə, əgər mindirə bilsəniz."

Qeyd edək ki, bu sözləri jurnalist İlqar Salmanov bu gün öz şəxsi facebook hesabında paylaşıb.
//DogruXeber.az//

Şərhlər

XƏBƏR LENTİ