Qalmaqallı direktor bir gündə 67 müəllimi işdən qovdu - Qaralova barədə Mehriban Əliyevaya müraciət
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.
Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.
İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.
Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuroru Zakir Qaralovun qohumu kimi tanınır.
Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...