SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yevlaxda daha bir məmur özbaşınalığı: rayon bələdiyyəsi 259 min manatı mənimsədi – RƏSMİ

Yevlaxda daha bir məmur özbaşınalığı: rayon bələdiyyəsi 259 min manatı mənimsədi – RƏSMİ

Tarix:

29-09-2021, 23:13

/ 574 dəfə oxundu.
Yevlaxda daha bir məmur özbaşınalığı: rayon bələdiyyəsi 259 min manatı mənimsədi – RƏSMİ


Yevlaxda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.

Xeberfakt.az
xəbər verir ki, Yevlax rayon Prokurorluğundan Report-a verilən məlumata görə, rayonun Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə  259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ