XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü
28-09-2021, 18:02


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.